Semyuel Bekket | |
---|---|
brit. ing. Samuel Beckett | |
Doğum adı | Samuel Barclay Beckett[4] |
Təxəllüsü | Endru Belis |
Doğum tarixi | 13 aprel 1906[1][2][…] |
Vəfat tarixi | 22 dekabr 1989[1][3][…] (83 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | yazıçı, dilçi, kinorejissor, ssenarist, şair, roman yazıçısı, dramaturq, tərcüməçi, müəllim, intellektual, Fransa Müqavimət Hərəkatı üzvü |
Fəaliyyət illəri | 1929–1988 |
Əsərlərinin dili | fransız dili, ingilis dili |
İstiqamət | Yeni roman |
Janr | dram filmi |
Tanınmış əsərləri | |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Semyuel Bekket (ing. Samuel Beckett, 13 aprel 1906[1][2][…] – 22 dekabr 1989[1][3][…], XIV arondisman (Paris)[5]) — fransız əsilli irlandiyalı yazıçı, dramaturq, tənqidçi və şair. Ejen İonesko ilə birgə Absurd Teatrın yaradıcılarından biri. 1969-cu ildə nəsr və poeziya janrlarında müasir insanın faciəsinin onun zəfərinə çevrilməsini novatorcasına əks etdirən əsərlərinə görə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən Bekket, həm də Sənət İnsanları Cəmiyyətində Müdrik seçilmişdir.
Semyuel Barkli Bekket XX əsr eksperimental ədəbiyyatın aparıcı müəlliflərindən biridir. O, Ceyms Coysun davamçısı olduğu üçün "son modernistlərdən", daha sonra bir çox yazıçıya təsir göstərmiş olduğu üçün də "ilk postmodernistlərdən" biri kimi qiymətləndirilir. Bekket, həmçinin Martin Esslinin Absurd Teatr olaraq adlandırdığı cərəyanın ən vacib yazıçısı sayılır. Əsərlərinin çoxunu fransızca ya da ingiliscə yazıb, digər dilə özü tərcümə etmişdir. Ən tanınmış əsəri "Qodonu gözlərkən" olmuşdur. Bekketin əsərləri sadə və əsasən minimalistdir. Bəzi şərhlərə görə, müasir insanın vəziyyəti haqqında pessimist, hətta nihilist əsərlər yazmışdır. Getdikcə daha qısa və əsaslı əsərlər yazan Bekket bu pessimizmi qara yumor yolu ilə izah edir.[6][7]
© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search